Paşa Bank Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasına (ARPA) üzv oldu | Banco.az

Paşa Bank Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasına (ARPA) üzv oldu

Özünəməxsus inkişaf strategiyasına malik olan, rəqəmsal transformasiya təşəbbüslərini reallaşdıran, Azərbaycanın ən nüfuzlu korporativ banklarından biri hesab olanan Paşa Bank  ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında korporativ üzvlüyə dair müqavilə imzalanmışdır. Bununla da, ARPA-ya üzv olan və korporativ üzvlüyün təqdim etdiyi üstünlüklərdən istifadə edən qurumlar sırasına ölkənin iqtisadi dayanıqlılıq və sabitliyində mühüm rol oynayan qurumlardan daha biri əlavə olunmuşdur.

ARPA-nın korporativ üzvlük siyasətinin belə mötəbər biznes qurumları tərəfindən dəstəklənməsi ölkə sərhədləri daxilində mühasiblər və risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən şəxslər və maliyyə sektorunun digər nümayəndələri üçün vacib platforma hesab olunan ARPA-nın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, ARPA 2009-cu ildən etibarən risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı kimi formalaşmış və daha sonra mühasibləri də öz əhatəsinə alaraq fəaliyyət istiqamətini daha da genişləndirmişdir. Hazırda mühasibat uçotu üzrə milli qanunvericiliyə edilmiş dəyişikliklərə müvafiq olaraq, ARPA Azərbaycanda peşəkar mühasiblərin yetişdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir.

Ən sərfəli krediti almaq üçün müraciət et