PAŞA Bank avtomobillərini satışa çıxardı | Banco.az

PAŞA Bank avtomobillərini satışa çıxardı

PAŞA Bank, balansında olan işlənmiş avtomobilləri hərrac yolu ilə satışa çıxarır.

Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər satınalma təkliflərini 12 oktyabr 2020-ci il tarixinədək qapalı zərflərdə PAŞA Banka təqdim etməlidir.

Təklifdə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

• Fiziki şəxslər üçün: təklifin qiyməti, şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.

• Hüquqi şəxslər üçün: şirkətin hüquqi sahibinin şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.

Avtomobillərin sayı - 5. Avtomobillər yalnız bir lotda satılacaq, ayrılıqda satışı mümkün deyil.

Avtomobillər haqqında ətraflı məlumat və başlanğıc qiyməti əlavə olunur.

Təkliflərin göndəriləcəyi ünvan: PAŞA Bankın Baş ofisi, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı, AZ1005, Azərbaycan

Məsul şəxs: Səidə Babayeva, Satınalmalar və inzibatçılıq departamentinin mütəxəssisi

Ən sərfəli kredit üçün müraciət et

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et