Paşa Bank aktivlərini kəskin artırdı | Banco.az

Paşa Bank aktivlərini kəskin artırdı

Paşa Bank`ın noyabr ayı üzrə maliyyə göstəriciləri

Paşa Bank`ın aktivləri ötən ilin sonu ilə müqayisədə 66% artaraq noyabr ayında 1.16 mlrd manat təşkil etmişdir. Kredit portfelinin həcmində isə 41%-lik artım müşahidə edilsə də, onlara ayrılan ehtiyatların həcmi 15% azalaraq, 24 mln manat təşkil etmişdir.

Paşa Bank aktivlərinin digər bir mühüm hissəsini qiymətli kağızlar təşkil edir ki, noyabrda onun həcmi 203 mln manata bərabər olmuşdur.

Bankın əsas maliyyələşmə mənbələrinə müştərilərdən cəlb edilmiş depozitlər və nizamnamə kapitalı daxildir. Belə ki, yanvar-noyabr ayları üzrə depozitlərin ümumi həcmi 596 mln manata bərabər olmuşdur ki, onun da 71%-i (425.5 mln manat) fiziki və hüquqi şəxslərdən cəlb edilmiş tələbli depozitlər təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bank Azərbaycanda ən böyük nizamnamə kapitalına sahib ikinci bankıdır. Belə ki, Paşa Bank`ın nizamnamə kapitalı 333 mln manat olaraq qiymətləndirilir.

Paşa Bank yanvar- noyabr ayları üzrə 13.7 mln manat xalis mənfəət əldə etmişdir. Bankın 2014-cü ilin ilk o bir ayı ərzində faiz gəliri 58.4 mln manat, faiz xərcləri isə 13.8 mln manata bərabər olmuşdur.