"PAŞA Bank" aktivlərini ən yüksək həddə çatdırıb | Banco.az

"PAŞA Bank" aktivlərini ən yüksək həddə çatdırıb

Azərbaycanın aparıcı korporativ bankı olan "PAŞA Bank ASC" 2016-cı il sentyabrın 30-a olan maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın rəsmi saytında açıqladığı hesabatlara əsasən xəbər verir ki, sözügedən dövrdə bankın aktivlərinin həcmi 2 mlrd. 782 mln. 553 min manat təşkil edib.

Bu il ərzində bankın aktivlərinin həcmində yalnız artım müşahidə olunmuşdur.

Aktivlər 2016-cı ilin birinci rübü ilə müqayisədə 41,7%, ikinci rübü ilə müqayisədə isə 36,5% artıb.

Cari ilin 3-cü rübündə “Paşa Bank”ASC-nin kredit portfeli 809 mln. 356 min manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi keçən rüb ilə müqayisədə 10,7%, yəni 78,7 mln. manat artıb.

Bu ilin 30 sentyabr göstəricilərinə əsasən bankın depozit portfelində də artım müşahidə olunur. Bankda yerləşdirilən depozitlərin həcmi keçən ilin eyni dövrü (30.09.2015) ilə müqayisədə 2 dəfədən çox artaraq təqribən 2 mlrd. manata çatıb.

Sözügedən dövrdə“Paşa Bank”ASC-nin cəmi kapitalı  368 mln. 606 min manat olub. Bu onu göstərir ki, ilin əvvəlinə nisbətən ümumi kapitalda 29 mln. 421 min manat azalma olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın xalis mənfəəti AZALIB.

Bank keçən ilin 3-cü rübü ilə müqayisədə xalis mənfəətini artırmağı bacarsa da (66,4%), ilin əvvəli ilə müqayisədə azalma qeydə alınıb (-65,7%) və xalis mənfəət 12mln. 654 min manat həddində olub.

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Bank investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir.

PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-5 özəl bankları siyahısına daxildir. 

Bizi facebook səhifəmizdən də izləyin

Ən sərfəli krediti almaq üçün müraciət et