Paşa Bank 2017-ci ili necə başa vurub? - AUDİT HESABATI | Banco.az

Paşa Bank 2017-ci ili necə başa vurub? - AUDİT HESABATI

Paşa Bank 2017-ci ilin yekun audit hesabatını açıqlayıb. Qeyd edək ki, bankın auditini "Ernst and Young" şirkəti aparıb.

Ötən ilin son göstəricilərinə əsasən, Paşa Bank-ın cəmi aktivləri 3 mlrd. 958 mln. 415 min manat olub. Bu isə 2016-cı ilin yekun göstəriciləri ilə müqayisədə 20,3% çoxdur.

Paşa Bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 1 il ərzində 22%-ə qədər və ya 243 mln. 394 min manat artaraq 1 mlrd. 350 mln. 668 min manat olub.

Bankın cəmi öhdəliklərində də artım müşahidə olunub. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın cəmi öhdəlikləri 23,4% artaraq 3 mlrd. 459 mln. 266 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Audit hesabatına əsasən Paşa Bank-ın cəmi kapitalı 499 mln. 149 min manat olub. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 333 mln. manatdır. 

2017-Cİ İLİ MƏNFƏƏTLƏ BAŞA VURUB

Faiz gəlirləri 227 mln. 937 min manat, faiz xərcləri 89 mln. 372 min manat, qeyri-faiz gəlirləri 52 mln. 601 min manat, qeyri-faiz xərcləri isə 84 mln. 661 mln. manat olan bankın mənfəəti 112 mln. 790 min manat olub. Yekunda 23 mln. 698 min manat mənfəət vergisi ödəyən Paşa Bank 2017-ci ili 89 mln. 92 min manat xalis mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et