Paşa Bank 1 milyon manatdan çox vergi ödəyib | Banco.az

Paşa Bank 1 milyon manatdan çox vergi ödəyib

Paşa Bank 31 mart 2018-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb. 

Cari ilin ilk rübündə bankın cəmi aktivləri 3 mlrd. 707 mln. 849 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,6% və ya 444 mln. manat çoxdur. Bankın aktivlərinin 977 mln. 875 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib ki, bu da verilmiş kreditlərin 1 il ərzində 110 mln. manata yaxın artdığını göstərir. 

2018-ci ilin ilk üç ayında Paşa Bank-ın cəmi öhdəlikləri 3 mlrd. 298 mln. 728 min manat olub. Cəmi öhdəliklərin 184 mln. 330 min manatını banklar və dövlət fondları qarşısında öhdəliklər, 36 mln. 803 min manatını kredit təşkilatları qarşısında öhdəliklər, 2 mlrd. 976 mln. 12 min manatını müştərilər qarşısında öhdəliklər təşkil edib. 

Bankın cəmi kapitalı 409 mln. 121 min manat olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır. Qeyd edək ki, bankın nizamnamə kapitalı 333 mln. manatdır.

MƏNFƏƏTDƏDİR

31 mart 2018-ci il tarixinə mənfəəti 7 mln. 664 min manat olan Paşa Bank, 1 mln. 132 min manat mənfəət vergisi ödəyib və nəticədə, rübü 6 mln. 532 min manat xalis mənfəətlə başa vurub.