Paşa Bank 1-cü rübü necə başa vurdu? | Banco.az

Paşa Bank 1-cü rübü necə başa vurdu?

Paşa Bank 2015-ci ilin 1-ci rübünə olan maliyyə nəticələrini açıqlayıb. Banco.az portalı Bankın maliyyə hesabatlarına istinadən bildirir ki, ilin əvvəlindən bəri Bankın aktivlərində 7,28% artım qeydə alınıb və cari 13 mart 2015-ci il tarixinə bankın cəmi aktivlərinin həcmi 1 milyard 381 milyon manat təşkil edib. Eyni dövr ilə müqayisədə, Bankın overdraftlar da daxil olmaqla cəmi kredit ( o cümlədən lizinq) portfeli 13,15%, xalis kredit portfeli isə 11,95% artmışdır.  Bankın kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün  ayırdığı məqsədli ehtiyatların həcmi isə 45,83% artaraq, 28,150 mln manat təşkil etmişdir.

İlin əvvəlindən bəri müştərilərə verilən depozitlərin həcmində artım isə 5,62 olmuş, bankın cəmi kapitalı isə 2,345 azalmışdır.

Mənfəət və zərər haqqında hesabat isə birinci rübün Paşa Bank üçün necə keçməsi haqqında daha dolğun məlumat verir.

Ən sərfəli kredit üçün müraciət et

İlin əvvəlindən bəri Bankın faiz gəlirlərinin həcmi 19, 408 min, faiz xərclərinin həcmi isə 2,999 min təşkil edib. Qeyri faiz əməliyyatları baxımından bank gəlirli olmağa müvəffəq olmayıb, qeyri faiz zərərinin həcmi isə  4,659 min təşkil edib. Bunun da əsas səbəbi kimi məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından bankın zərərinin 5,941 min olmasını göstərmək olar.

Bankın qeyri faiz xərclərinin cəmi isə 9, 855 min olub ki, onun  da 2,956 mini əməkhaqqı və kompensasiya ödənişlərinin payına düşür.

Daha bir vacib məqam isə, cari ilin 1-ci rübü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların 11,203 min manata çatmasıdır ki, bu da Banka rübü mənfəətlə başa çatdırmağa imkan verməyib. Beləliklə Paşa Bankın vergidən öncəki xalis zərəri 9,306 min manat təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et