Parlament komitələri büdcə zərfini müzakirə edir | Banco.az

Parlament komitələri büdcə zərfini müzakirə edir

Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisdə müzakirəsinə başlanıb.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir.

Ən sərfəli kredit üçün müraciət et

İclasda maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət və icmal büdcələrinin layihələri barədə məlumat verəcək.

Müzakirələr iki gün davam edəcək.

Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et