Müəllif:Ayşən İmanova/Banco.az
Fransanın paytaxtı Parisdə Olimpiya obyektlərinin yaxınlığındakı təhlükəsizlik zonalarında yerləşən bəzi restoranların gəlirləri xüsusi keçidlərin tətbiqi səbəbindən 60% azalıb.
Banco.az xəbər verir ki, bu barədə Fransa Otelçilər İttifaqının rəhbəri Tyerri Marks “BFMTV” kanalına bildirib.
"Bu, Olimpiya oyunları öncəsi xüsusi buraxılışların tətbiqi ilə əlaqədar baş verib. Təhlükəsizlik tədbirləri və küçələrin bağlanması otel və restoranların fəaliyyətinə mənfi təsir edib. Buna görə də turizm sənayesinin nümayəndələri itirilmiş gəlirlərə görə kompensasiya tələb etmək niyyətindədirlər", - deyə o qeyd edib.
Qeyd edək ki, Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. 2024-cü il Olimpiadasının açılış mərasimi ilk dəfə olaraq stadiondan kənarda keçiriləcək. İyulun 18-dən paytaxtda müxtəlif təhlükəsizlik zonaları daxilində hərəkət etmək üçün əldə edilməli olan xüsusi keçidlər rejimi tətbiq edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!