Saytımızın izləyiciləri! Parabank ASC "Kredit Mütəxəssisi" vəzifəsinə işçi qəbulu elan edir:
Vəzifəyə olan tələblər
• Ali təhsil;
• Bank işində minimum 3 illik təcrübə;
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan, rus ingilis dili – mükəmməl;
• Etik qaydalara uyğun davranışa sahib olmalı;
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Analitik düşünmə və riyazı təhlil etmə bacarığı olmalı;
Əsas vəzifələr
• Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək , bankın ümumi xeyri naminə müştəriyə yüksək səviyyəli xidmət göstərmək , müştərinin bank seçimində yanılmadığına inanmasını təmin etmək;
• Müştərinin ilkin vizual qiymətləndirilməsi və şəxsi qərarı qəbul etmək;
• Kreditlə bağlı şəxsi qərarın qəbul olunması haqqında filial müdirinə məlumat verilməsi və müzakirə olunması;
• Sifariş olunan kreditlə bağlı müştəriyə məlumatların verilməsini həyata keçirmək;
• Kredit sifarişinin tam təhlili (sənədlər və baxış əsasında)
• Kredit sifarışını kredit komitəsində müzakirəyə çıxarılması ( memorandum, skorinq,biznesi təstiq edən sənədlər və videoçəkiliş)
• Kredit əməliyyatları üzrə faizlərin hesablanması və müxabirləşmənin aparılması;
• Bütün növ məhsullar haqqında biliklərə malik olmalı;
• Sınaq müddətli kredit məsləhətçisi karyer planına əsasən müəyyən edilmiş kredit portfelini toplamalıdır;
• Müştərilərə kredit verilməsi üçün sənədləşmənin hazırlanması;.
• Kredit ödənişlərinin qəbul edilməsi;
• Verilmiş kreditin ödənilməsinə nəzarət edilməsi, monitorinq aparılması ;
• Müştəri bazasının elektronlaşdırılmasınını aparılması və daimi əlaqələrin saxlanılması;
• Fiziki şəxs, fiziki şəxs – sahibkar və hüquqi şəxslərə bütün növ bank hesabların açılması;
• Müştərinin mikro-kredit sifarişinin təhlilinin aparılması;
• Təcili pul köçürmələri, kommunal ödənişləri və bununla bağlı müxabirləşmələrin aparılması;
• Depozitlərin cəlb olunması və muxabirləşmənin aparılması
• Karyer plana əsasən müəyyən olunmuş sayda plastik kartların satışı;
• Bankın göstərdiyi bütün növ xidmətlər haqqında biliyin olması;
• Bankın bütün növ məhsullarının satılması;
• Bank dövriyyəsi olan müştəriləri cəlb edilməsi;
• Rəhbərliyin müxtəlif (birdəfəlik ) tapşırıqların vaxtı-vaxtında həll və icra edilməsi;
CV-ləri müvafiq filialın adını göstərməklə kredit mütəxəssisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs