Parabank marketinq müdiri vəzifəsi üzrə vakansiya elan edib.
Namizədə olan tələblər:
- Bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Marketinq sahəsində minimum üç illik təcrübəyə malik olması;
- Marketinq və bazar araşdırmalarını dərindən bilməli
- Şöbənin işlərini planlaşdırma bacarığına malik olması;
- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
- Rus,İngilis dillərində sərbəst danışıq bacarığı;
- Komputer proqramlarını dərindən bilməsi
İş barədə məlumat:
- Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
- Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək.
- Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək;
- Satışın təşkilinə köməklik etmək;
- Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək;
- Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək;
- Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək;
- Bankın broşuralarının və illik hesabatının hazırlanması;
- Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət;
- Bankda keyfiyyətə nəzarət işini təşkil etmək;
- Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək;
- Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması ;
- Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
- Satişa dəstək ola biləcək digər bütün işlər;
CV-ləri "Marketinq - müdir" mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.