Pandemiyanın təsirlərinə məruz qalmış sahibkarlara əlavə vaxt verilib | Banco.az

Pandemiyanın təsirlərinə məruz qalmış sahibkarlara əlavə vaxt verilib

Azərbaycanda müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri hesablanmış vergini bu il sentyabrın 1-nə qədər ödəyə bilərlər.

Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə hesabatları bu il sentyabrın 1-nə qədər vergi orqanına təqdim edir və hesablanmış vergini də elə həmin tarixə qədər ödəyir. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram