Koronavirus pandemiyasının güclənməsi ilə bağlı bazarda tələbat artımının uzaq ehtimala çevrilməsi nəticəsində neft ucuzlaşmağa davam edir.
Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin yanvar fyüçersləri dünən 0,7 faiz ucuzlaşdıqdan sonra bu gün Bakı vaxtı ilə saat 9.15-dək daha 2,64 faiz ucuzlaşaraq 39,85 ABŞ dollarından satılıb. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neftin dekabr fyüçersləri dünən 0,9 faiz ucuzlaşdıqdan sonra bu gün keçirilən hərracda 2,86 faiz da ucuzlaşaraq 37,68 ABŞ dollarından satılıb.
Qeyd edək ki, OPEC+ formatı çərçivəsində yanvarın 1-də nəzərə tutulan hasilat artımının təxirə salınacağına dair gözləntilər nəticəsində bu həftənin əvvəlindən “Brent” markalı neft 11 faiz, “WTI” də 8 faiz bahalaşıb.
Çikaqodakı “Blue Line Futures LLC” mərkəzinin eksperti Fil Ştraybl deyib ki, koronavirus və lokdaunların yaratdığı problemlər prezident seçkilərilə həll olunmur: “Yaxın vaxtlarda neftə tələbatın bərpasını çətin görərik”.
report
Bizi sosial şəbəkələrdən izləyin!!