Pandemiya qlobal borcu 24 trilyon dollar artırdı | Banco.az

Pandemiya qlobal borcu 24 trilyon dollar artırdı

Tamara Mustafayeva, Banco.az

 

Qlobal borc yeni növ koronavirus pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsir göstərməsi səbəbilə 2020-ci ildə 281.5 trilyon dollara yüksələrək bu vaxta qədərki maksimumuna çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Qlobal Borc Monitorinqi" hesabatını yayımlayıb.

Hesabata görə, qlobal borc miqdarı ötən ilin sonunda 2019-cu ilə nəzərən 24.1 trilyon dollar artaraq 281.5 trilyon dollara yüksəlib. Qeyd edək ki, 2019-cu ildə bu göstərici 257.4 trilyon dollar təşkil edirdi.

Pandemiya səbəbilə dövlət və şirkət gəlirlərində əsaslı geriləmə yaşanmışdır ki, ötən il 61 ölkənin dövlət borcunun 24.1 trilyon dollar artması axırıncı 10 il ərzində 88 trilyon dollar hesablanan borc artımının dörddə birindən çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal borcun dünya ölkələrinin cəmi ÜDM göstəricisinə olan nisbəti isə ötən il 35 bənd artmaqla 355%-i üstələmişdir. Sözügedən artımın 2008-ci ilin maliyyə böhranı zamanı qeydə alınan artımdan çox yüksək olduğu da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et