Pandemiya gələcəyin əsas peşəsini müəyyənləşdirdi | Banco.az

Pandemiya gələcəyin əsas peşəsini müəyyənləşdirdi

Yaxın 30 il ərzində əmək bazarının ən populyar peşəsi proqramçı vəzifəsi olacaq. 

Bu haqda rusiyalı mütəxəssis Qriqori Bakunov deyib.

Mütəxəssis bildirib ki, porqramçı peşəsinin perspektivləri durmadan artır: "Bu peşə yaxın 20-30 il ərzində əmək bazarının ən populyar vəzifəsi olacaq. Proqramçı vəzifəsini gələcəyin peşəsi adlandırmaq olar. Məhz bu sahədə çalışan şəxslər insanlığı inkişafa aparacaq".

Q.Bakunov onu da qeyd edib ki, pandemiyaya görə məsafədən iş rejiminə keçid IT sferasına müsbət təsirini göstərir: "Pandemiya onu da sübut ki, proqramçılar məsafədən də uğurla fəaliyyət göstərə bilərlər. Bununla da müxtəlif region və şəhərlərdə işləyən insanların böyük şirkətlərdə işləmək şansı yarandı. Bu IT sferasında fundamental dəyişikliyə səbəb olur. Çünki şirkətlər əvvəllər böyük şəhərlərə diqqət ayrırdılar. İndi isə hansısa bir kənddə yaşayan şəxsi də böyük layihələrə qoşmaq mümkündür".

Ən sərfəli kredit üçün müraciət et

Ted

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et