Pandemiya dünyada yoxsulluğu artırdı | Banco.az

Pandemiya dünyada yoxsulluğu artırdı

Tamara Mustafayeva, Banco.az

BMT-nin 2030-cu ildə tamamilə aradan qaldırmağı hədəflədiyi yoxsulluq 1990-cı ildən bəri ilk dəfə artım göstərib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, qlobal yoxsulluğu 2030-cu ildə tamamilə aradan qaldırmağı planlaşdıran Birləşmiş Millətlər Təşkilatı ötən il pandemiya səbəbindən 30 ildən sonra ilk dəfə artım qeydə alındığını açıqlayıb.

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təqdim edilən məlumatlara görə, 1 gündə 5.50 dollardan az qazanc əldə edən insanlar yoxsul hesab edilərkən, 1.90 dollardan az qazananlar isə ifrat yoxsul kimi dəyərləndirilib.

Dünyanın əksər regionlarında məskunlaşan yoxsul əhalinin yarısı uşaqlardan təşkil olunur ki, bəzi regionlarda bu nisbət qadınların payına düşür. Yoxsulların ən çox yaşadığı Nigeriya, Konqo Demokrotik Respublikası, Tanzaniya, Efiopiya və Madaqaskar dünya üzrə bütün yoxsul insanların yarısına ev sahibliyi edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yoxsulluğun təqribən 1,4% artmasında əvvəldən kasıb olan ölkələr ilə bəzi orta gəlirli ölkələrdəki cari vəziyyətin rol oynadığını vurğulayan Dünya Bankı, xüsusilə ikinci kateqoriyaya aid olan ölkələrdə yoxsul insan sayı üzrə artımın gələcəkdə qlobal yoxsulluq artımının 82%-ni təşkil edəcəyinə də diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et