Pandemiya dövründə alternativ enerji istehsalı artıb | Banco.az

Pandemiya dövründə alternativ enerji istehsalı artıb

Koronavirus pandemiyası dövründə qlobal enerji istehsalında kəşfiyyat, hasilat və nəqliyyat xərci tələb etməyən alternativ enerji sistemlərinin payı 4% bəndi artaraq 30% səviyyəsinə qalxıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin(IEA) "Qlobal Enerji Outlook" hesabatında məlumat verilib.

Bildirilir ki, analoji dövrdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı qlobal miqyasda 5% artıb. Eyni dövrdə dünya üzrə ənənəvi mənbələrdən elektrik enerjisi istehsalında azalma olub.

Bundan başqa, “IEA”nın 30 ölkədən əldə etdiyi məlumatlara görə, pandemiya dövründə karbon emisiyası 25% azalıb. Bu ilin sonuna qədər isə karbon emisiyasının 2,6 gigaton azalaraq 10 il əvvəlki səviyyəyə- 8%-ə enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, qurum bu il tələbatın azalması ilə ənənəvi mənbələrdən enerji istehsalının azalmasının davam edəcəyini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et