"Panasonic" batareya tutumunu dörd dəfə artıracaq | Banco.az

"Panasonic" batareya tutumunu dörd dəfə artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın tədarükçüsü “Panasonic” batareya tutumunu dörd dəfə artıracaq.

Banco.az xəbər verir ki, “Panasonic Holdings Corp” 2031-ci ilin mart ayınadək illik batareya istehsal gücünü dörd dəfə artırmağı planlaşdırdığını açıqlayıb.

Bu barədə “Panasonic Holdings Corp”un baş direktoru Yuki Kusumi açıqlama verib.

O bildirib ki, elektromobillərə tələbatın artacağını nəzərə alaraq şirkətin illik batareya istehsal gücünü artırmağı düşünürlər.

ABŞ-ın elektromobil nəhəngi “Tesla”nı akkumulyatorlarla təmin edən Osakada yerləşən şirkətin əsas diqqətini silindrik batareyalara yönəldəcəyi vurğulanıb.

Qeyd edək ki, yapon firma istehsalı sürətləndirmək üçün noyabr ayında ABŞ-ın Kanzas şəhərində 4 milyard dollarlıq yeni akkumulyator fabrikinin təməlini qoymuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram