Pambıq lifi və ipliyinin ixracı artıb | Banco.az

Pambıq lifi və ipliyinin ixracı artıb

On ayda Azərbaycandan 65 min 794 ton pambıq lifi və 10 min 309 ton pambıq ipliyi göndərilib. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Yanvar-oktyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 91 milyon 840 min, pambıq ipliyinin dəyəri isə 24 milyon 531 min ABŞ dolları olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 64 milyon 518 min dollarlıq 42 min 798 ton pambıq lifi, 19 milyon 53 min dollarlıq 7 min 642 ton pambıq ipliyi ixrac edilib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et