Avtomobillərin katalizatorlarında istifadə olunan palladium, son vaxtlar hibrid avtomobillərdə də istifadə olunur. Tələbatın artması palladiumun qiyməti yüksəlir.
Dekabrın 5-də palladiumun unsiysının qiyməti, 2002-ci ildən bu yana ilk dəfə qızılın unsiyasının qiymətini keçib. Palladiumun qiyməti 1238,64 dollara qalxıb. Qızılın unsiyasının qiyməti isə həmin gün 1237,17 dollar olub.
Palladimun unsiyasının qiyməti, sonuncu dəfə 2002-ci ilin Avqust ayında qızılın unsiyasının qiymətini keçmişdi. Həmin vaxt palladiumun unsiyasının qiyməti 336 dollar, qızılın unsiyasının qiyməti də 312,75 dollar olmuşdur.
18 əmtəə arasında qiyməti ilin əvvəlindən bu yana 16,3 faiz artan palladium, ən çox pul qazandıran üçüncü qiymətli metal olub. Qızıl isə həmin dövrdə 5 faiz ucuzlaşıb.
Marja.az