Azərbaycanda kredit bürosunun yaradılması maliyyə sabitliyinin təmin edilməsi, öhdəliklərin icrası ilə bağlı uzunmüddətli məlumat bazasının formalaşdırılması baxımından çox vacibdir.
Bunu Bakıda keçirilən Azərbaycanın ilk özəl kredit bürosunun təsis edilməsinə həsr olunmuş tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda yetkin əhalinin 36%-i kredit məlumatlarına malikdir: “Özəl kredit bürosu isə daha çox əhalini əhatə edəcək. Maliyyə qurumları isə risklərini daha yaxşı qiymətləndirəcək”.
Mənbə: Report.az