Palata ünvanlı sosial yardımın ləğvini təklif edir | Banco.az

Palata ünvanlı sosial yardımın ləğvini təklif edir

Azərbaycanda iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi üçün ölkədə dövlət tərəfindən verilən ünvanlı sosial yardımların  ləğv edilməsi təklif edilib.  Bu barədə təklifi Hesablama Palatasının sektor müdiri Siyavuş Mustafev irəli sürüb.

Xatırladaq ki, Azərbaycanda ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildə, ölkəyə neft layihələrindən böyük vəsaitlərinin gəlməsindən sonra başlanılıb. Məqsəd, gəlirləri yaşayış minimumundan aşağı olan şəxslərin həyat səviyyəsini normal həddə çatdırmaq idi.

Son illər bu yardım üçün müraciətlərin elektron formada qəbuluna, paralel olaraq isə yoxsul ailələr üçün özünə məşğulluq proqramlarının tətbiqinə başlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Artıq bir neçə min ailə bu proqrama cəlb edilib. Hökumətin planlarına görə, 2018-ci ildə belə ailələrin sayı 7 min artmalıdır.

Hesablama Palatasının rəsmisi isə təklif edib ki, nəticəliliyi və davamlılığı təmin etmək üçün dövlət büdcəsinin vəsaiti hesabına verilən ünvanlı dövlət sosial yardımı tədricən azaldılmalı və ləğv edilməlidir. Onun əvəzinə özünüdəstək mexanizmləri genişləndirilməlidir. 

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et