Palata istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqladı | Banco.az

Palata istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqladı

Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat açıqlayıb.

30.09.2019-cu il tarixinə milli valyutada istehlak kreditilərinin orta faiz dərəcələri 24%-ə çatır.

Belə ki, milli valyutada istehlak kreditlərindən, orta faiz dərəcəsi Kredit kartı vasitəsi ilə verilən kreditlər üzrə 23%, Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 22%, avtomobil kreditləri üzrə 20%, Digər istehlak kreditləri üzrə 24% təşkil edib.

ABŞ dollarında istehlak kreditlərindən, orta faiz dərəcəsi Kredit kartı vasitəsi ilə verilən kreditlər üzrə 11%, Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 13%, Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 14%, avtomobil kreditləri üzrə 19%, Digər istehlak kreditləri üzrə 6% təşkil edib.

Diqqəti cəlb edən məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faizdəki dəyişikliklərdir. İyun ayının sonu ilə müqayisədə milli valyutada kreditin orta faizi 23%-dən 24%-ə yüksəlib, ABŞ dollarında isə 13%-dən 11%-ə düşüb. 

İyun ayının sonu ilə müqayisədə milli valyutada Yaşayış sahəsinin təmiri ilə bağlı olan
kreditlər üzrə orta faiz 22%-dən 21%-ə, Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi isə 20%-dən 19%-ə düşüb.

Qeyd edək ki, 30 Sentyabr 2019-cu il tarixinə  banklar üzrə ümumi kredit portfeli  13 milyard 872 milyon manat təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib

Marja