Palata: Devalvasiya ARDNF-dən büdcəyə transfertləri azaltmağa imkan verib | Banco.az

Palata: Devalvasiya ARDNF-dən büdcəyə transfertləri azaltmağa imkan verib

2015-ci ilin dövlət büdcəsinin icrası və 2016-cı ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının rəylərində 2015-ci ildə ölkənin valyuta ehtiyatlarının zəruri həcmdə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank (AMB) tərəfindən manatın 2015-ci ilin fevral və dekabr aylarında tətbiq edilən devalvasiyanı və məzənnə rejiminin dəyişdirildiyini nəzərə alaraq AMB-nin balansında olan xarici valyutanın yenidən qiymətləndirilməsi nəticəsində əhəmiyyətli dərəcədə mənfəətlik yaranması ehtimalı vurğulanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərdə tutulmuş dəyişikliklər hesabına dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondundan (ARDNF) transfertin xüsusi çəkisi 2016-cı ilin icra göstəricisi ilə müqayisədə 6,6%, 2017-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 0,6% azalacaq ki, bu da müsbət meyl kimi qiymətləndirilməlidir.

Apa.az