Palata bank sektorunun yeni göstəricilərini açıqladı | Banco.az

Palata bank sektorunun yeni göstəricilərini açıqladı

31 iyul 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,090.0 mln. manat, cəmi öhdəlikləri isə 25,507.0 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,583.0 mln. manat olub.

Aktivlər

İyul ayına sektorun aktivlərinin 44.3%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (196.2 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,342.3 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2.5% (210.1 mln. manat) artaraq 8,650.7 mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin iyul ayında fiziki şəxslərin əmanətləri 8,471.6 mln. manat təşkil edib. İyul ayında müddətli əmanətlər 0.4% (19.9 mln. manat) artaraq 5,357.4 mln. manat təşkil etmişdir. Artım milli valyutada olan əmanətlər (58.7 mln. manat, 2.5%) üzrə baş vermişdir.

Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3.7% (375.7 mln. manat) artaraq 10,573.2 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 11.4% (257.6 mln. manat) artaraq 2,510.8 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 6.9% (274.0 mln. manat) artaraq 4,246.3 mln. manata, xarici valyutada olan müddətli depozitlər isə 12.3% (249.8 mln. manat) artaraq 2,285.5 mln. manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Balans kapitalı

Sektorun balans kapitalı iyul ayı ərzində 0.4% (16.7 mln. manat) azalaraq 4,583.0 mln. manat təşkil etmişdir.

Mənfəət və zərər

İyul ayında bankların əməliyyat mənfəəti 13.9% (57.7 mln. manat) artaraq 472.4 mln. manat, xalis mənfəəti isə 406.2 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.7%, kreditlər üzrə faiz gəlirləri isə 14.2% artmışdır.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 128, ATM-lərin sayı     2,582 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım iyul ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin iyul ayında işçi sayı 0.8% (146 nəfər) artaraq 18,434  nəfər təşkil edib.

31 iyul 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).  

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç