Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nəzarətinə götürdüyü 5 kommersiya bankından biri “Atabank”dır.
Bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
“Bu bankda kapitalla bağlı problemlər var idi, ödənişləri ləngiyirdi. Hazırda “Atabank” birləşmə prosesindədir və konsolidasiya başa çatdıqdan sonra onun məcmu kapitalı təxminən 85 mln. manat, adekvatlıq əmsalı isə 40% olacaq. Bu isə bizim normativlərə uyğundur. Digər 4 bankın adını hələ ki, açıqlamaq istəmirəm”, - deyə R.Aslanlı qeyd edib.
Mənbə: Report.az