Pakistan Rusiyadan ilk LPG tədarükünü təhvil alıb | Banco.az

Pakistan Rusiyadan ilk LPG tədarükünü təhvil alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pakistan Rusiyadan 100 min ton mayeləşdirilmiş neft qazının (LPG) ilk partiyasını təhvil alıb.

Banco.az xəbər verir ki, bu barədə Rusiyanın İslamabaddakı səfirliyi məlumat yayıb.

Məlumatda 100 min tonluq ilk LPG yükünün İrandan keçməklə Pakistana çatdırıldığı bildirilib.

Həmçinin qeyd olunub ki, növbəti göndəriş üçün danışıqlar davam edir.

Xatırladaq ki, Pakistan xam neftin 70 faizini idxal edir. Xaricdən gətirilən xam neft ölkənin tələbatına uyğun olaraq emal olunur və faydalı məhsullara çevrilir. İslamabad xam nefti əsasən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Küveytdən alır.

Ən sərfəli kredit üçün müraciət et

Neftin qiymətinin qlobal artımından sonra isə Pakistan xam neft idxal mənbələrini şaxələndirmək təşəbbüslərinə başlayıb ki, dünyanın ən böyük xam neft istehsalçılarından biri olan Rusiya Pakistana güzəştli qiymətə xam neft tədarük etməyi təklif edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et