Pakistan Milli Bankının kreditorlarına müraciət ünvanlanıb | Banco.az

Pakistan Milli Bankının kreditorlarına müraciət ünvanlanıb

Azərbaycanda bir qədər əvvəl fəaliyyəti dayandırılan Pakistan Milli Bankının Bakı şəhərində filialının ləğv edilməsi ilə bağlı bankın ləğvedicisi yenidən kreditorlara müraciət edib. 

Bankın ləğvedicisi olan Şeyx Ahtsham Ahmed tərəfindən edilən müraciətdə deyilir: 

Pakistan Milli Bankının Baş ofisi tərəfindən bankın Bakı şəhərindəki filialının könüllü ləğv edilməsi barədə müraciəti nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə Pakistan Milli Bankının Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib. 

Pakistan Milli Bankının Bakı filialının kreditorlarından xahiş olunur ki, 20 (iyirmi) təqvim günü müddətində tələblərinin qeydə alınması üçün filialın yerləşdiyi AZ1025, Bakı şəhəri, 8 Noyabr prospekti 9A nömrəli ünvana iş günləri saat 10.00-dan 17.00-a kimi müraciət etsinlər. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et