Pakistan BVF ilə 700 milyon dollarlıq razılaşma əldə edib | Banco.az

Pakistan BVF ilə 700 milyon dollarlıq razılaşma əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Paytaxt İslamabadda Pakistan və BVF rəsmiləri arasında aparılan danışıqlar müsbət nəticələnib.

Banco.az xəbər verir ki, danışıqlar çərçivəsində BVF və Pakistan iyulda təsdiqlənmiş 3 milyard dollarlıq dəstək paketindən 700 milyon dolların ayrılması ilə bağlı ilkin razılığa gəliblər.

Bu, BVF Rəhbərlər Şurası tərəfindən təsdiq olunarsa, Pakistana 700 milyon dollar veriləcək.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (BVF) 3 milyard dollarlıq razılaşmadan sonra iyulun 13-də Pakistan Mərkəzi Bankına 1,2 milyard dollarlıq ilk krediti yatırıb.

BVF-nin Rəhbərlər Şurası iyulun 12-də isə Pakistanın iqtisadi sabitləşmə proqramını dəstəkləmək üçün bu ölkə ilə 9 ay müddətinə nəzərdə tutulan 3 milyard dollarlıq dəstək sazişini təsdiqləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et