Pablo Eskobarın qardaşı “Netflix”dən 1 milyard dollar tələb edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Pablo Eskobarın qardaşı “Netflix”dən 1 milyard dollar tələb edir

Roberto Eskobar qardaşı Pablo Eskobarın obrazını “Narcos” serialında istifadə etdiyi üçün “Netflix” şirkətindən 1 milyard dollar tələb edir.

Xarici mətbuata istinadən xəbər verilir ki, Roberto Eskobarın sözlərinə görə, Eskobar ailəsinin və  Medelyin kartelinin bütün üzvlərinin adları yaratdığı “Escobar İnc” şirkətinə aiddir. “Netflix” şirkəti isə onlardan istifadə edərək, müəllif hüquqlarını pozub. O, bu məbləği almayacağı təqdirdə, serialı bağlatdıracağını söyləyib.

Xatırladaq ki, 2015-ci ildən yayımlanan “Narcos” serialı “Netflix” şirkətinə 18 milyard dollar gəlir gətirib.

Mənbə: Oxu.az