Özünü tanı! | Banco.az

Özünü tanı!

Uğurlu olmaq asan deyil. Hədəf qoymaq, bu hədəf istiqamətində çalışmaq, nizamlı olmaq, qərarlı olmaq, özünü inkişaf etdirmək kimi çox işlər görməlisən. Amma bunlarıdan əlavə önəmli məsələ var ki, o da “Özünü tanıma”dır.

Hər insanın güclü və zəif xüsusiyyətləri vardır. Bəzi xüsusiyyətlər doğuşdan gəldiyi halda, bəzi xüsusiyyətlər də sonradan yaranır. Özünü tanıyan insan güclü və zəif cəhətlərini bilir və bunlara görə hərəkət edir. Əksik cəhətlərini gücləndirməyə çalışır. Amma özünü tanımayan insanlar əksik cəhətlərini nəzərə almadan yalnız ambisiyası istiqamətində hədəflər müəyyənləşdirir və nəticədə uğursuz olurlar.

Ən sərfəli kredit üçün müraciət et

"Özünü tanıma" zamanı insanların zəif cəhətlərini görməsi və qəbul etməsi də lazımdır, lakin bu zaman eqo problemi ortya çıxır. Çünki insanlarda, ümumiyyətlə, özlərini olduqlarından çox görmə meyli vardır. İnsanın eqosunu da yenərək əksik tərəfini qəbul edə bilməsi, əksik cəhətini dəyişdirməyə çalışması da bir addımdır. Bəsit bir nümunə verək. Bəzi insanların yaddaşları çox güclüdür, bəzilərinin isə zəifdir. Yaddaşı zəif insan bunun fərqində olub, qəbul edərsə çarə tapmağa başlayar. Məsələ, daha çox not  tutaraq, notlarını nizamlı olaraq gözdən keçirərək bu dezavantajın təsirlərini ortadan qaldırır.

E.ə 8-ci əsrdə edilən Apollon məbədinin qapısında qızıl hərflərlə bu sözlər yazılırmışdı: “Özünü tanı”.