“Özəl şirkətlərin COP 29-a cəlbi fürsətlər yarada bilər” - Xalid Kərimli | Banco.az

“Özəl şirkətlərin COP 29-a cəlbi fürsətlər yarada bilər” - Xalid Kərimli

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Özəl sektor da COP29-a cəlb olunacaq. Tədbirin olduqca yüksək səviyyədə olması, COP29-da iştirak edən qonaqların nüfuzu, təmsil etdiyi mövqe əsasında düşünə bilərik ki,  özəl sektorun cəlbi olduqca faydalı ola bilər”.

Bu fikirləri Banco.az-a iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, yerli özəl şirkətlərin iştirakı onların xaricdə tanınmasına şərait yarada bilər:

“Azərbaycandan xaricdə əlaqələrin inkişafı, təkmilləşdirilməsi üçün COP29 kimi tədbirlərin əhəmiyyəti böyükdür. Bu kimi  əlaqələrin qurulmasında maraqlı olan  şirkətlər  ekoloji və iqtisadi inkişafa dair innovativ həllərin, müasir texnologiyaların tətbiqi və davamlı inkişaf strategiyalarının hazırlanmasında müsbət rol oynaya bilərlər.

Bu cür müstəvidə iştirak etmək, şirkətlərin beynəlxalq əlaqələrini genişləndirmək, yeni əməkdaşlıq imkanları yaratmaq və bazar perspektivlərini artırmaq üçün əhəmiyyətli bir fürsətdir”.

Ən sərfəli kredit üçün müraciət et

 Qeyd edək ki,  COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai özəl-dövlət tərəfdaşlığının bu problemin həllində mühüm olmasına diqqət çəkib:

“Biz vətəndaş cəmiyyəti, özəl sektorla işləyirik. Özəl sektor tranzit keçidi öz strategiyalarında görürlər. Biz özəl sektoru COP29-a yaxından cəlb etmək istəyirik. COP29 CEO-ların bir araya gəlməsini istəyirik. İqlim maliyyəsi, özəl sektorun kapitalı olmasa, biz nəticələrə nail ola bilmərik. Kiçik və orta sahibkarlar hazırda çox geri qalır. Onlar 90% əmək bazarını təmin edir. Onlar keçidə adaptasiya olmalıdır. Təxminən 66% kiçik və orta sahibkarlar bildirir ki, onlara heç vaxt keçidlə bağlı sual verilməyib. Onlar bu prosesdən kənardadırlar. Biz onları prosesə cəlb etməliyik, onların maliyyəyə əlçatanlığının artırılmasına ehtiyac var. Bunu COP29 çərçivəsində edəcəyik. Biz bütün cəmiyyətin bu prosesdə iştirakını gözləyirik, maraqlı olmayan tərəfləri də dinləməyə hazırıq”.