Özəl şirkətlər Mərkəzi Bankın notlarını ala biləcək | Banco.az

Özəl şirkətlər Mərkəzi Bankın notlarını ala biləcək

Azərbaycanda özəl şirkətlər Mərkəzi Bankın (AMB) notlarını əldə edə biləcək.

Bu barədə AMB-dən bildirilib. Qeyd edilib ki, not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1/3/6/9 ay) üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilib, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilib. Belə ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərin də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etməsi qərara alınıb. Limitlər bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək məqsədilə tətbiq edilir. Qisamüddətli notların həcminin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et