Özəl banklar yenə də liderdir | Banco.az

Özəl banklar yenə də liderdir

Banco.az saytı Mərkəzi Bankın son hesabatlarına istinadən xəbər verir ki, 2015-ci il noyabrın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18 milyard  566.4 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə olan göstəricidən 724,9 mln. çoxdur.

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin oktyabr ayında da özəl banklar kredit verilməsində kredit təşkilatları arasında lider rolunu qoruyub saxlayıb. Özəl banklar tərəfindən 12 milyard 163,7 milyon manat və ya bütün kreditlərin 65,5 %-i həcmində kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət bankları tərəfindən verilən kreditin miqdarı 6 mlrd 384,8 mln manat (34,4%), bank olmayan kredit təşkilatlarının verdiyi kreditin miqdarı isə 566,0 mln manat (3,0 %) olub.