Özbəkistan şirkəti Azərbaycanda pambıqçılıq klasteri yaradır | Banco.az

Özbəkistan şirkəti Azərbaycanda pambıqçılıq klasteri yaradır

Özbəkistan şirkətinin Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlanılıb.

Bu məqsədlə Özbəkistan şirkəti “Tukımachı Sanoat Tekstıl” MMC-nin Azərbaycanda təsis etdiyi "TST Textile Group” MMC-yə İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb.

Müasir pambıqçılıq təsərrüfatı, pambıq emalı, iplik, toxuculuq, tikiş və yağ istehsalı müəssisələrinin daxil olduğu pambıqçılıq klasterinin yaradılması layihəsinin ilkin investisiya həcmi təxminən 90 milyon manatdır.

Bununla yanaşı, Füzulidə 100 hektar ərazidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək. Özbəkistan tərəfindən “Uzgreenagro” LLC (MMC) və Azərbaycan “Zəfər Bağları” MMC-nin birgə təsis etməyi planlaşdırdığı “Özbəkistan-Azərbaycan Dostluq Bağları” MMC tərəfindən həyata keçiriləcək. Layihəyə 5 milyon manatadək vəsaitin investisiya olunması nəzərdə tutulur. Bu vəsaitin 50 %-ini Özbəkistan, 50 %-ini Azərbaycan yatıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bağda müxtəlif növ meyvə ağacları, o cümlədən Özbəkistandan gətirilmə meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Layihənin növbəti mərhələsində bağların genişləndirilməsi və məhsulların dərin emalının qurulması nəzərdə tutulur. Həmçinin gələcəkdə istehsalatın genişlənməsi çərçivəsində digər yeni fəaliyyət sahələri də yaradıla bilər. Bağçılıq fəaliyyəti nəticəsində əldə olunan məhsulların ilkin olaraq Azərbaycan və Özbəkistan bazarına çıxarılması, daha sonra digər bazarlara birgə ixracı planlaşdırılır.

report

Ən sərfəli krediti almaq üçün müraciət et