Müəllif: Mehin Qasımova/Banco.az
Özbəkistan Dövlət Statistika Agentliyinin məlumatına görə, ilin 9 ayında ölkə iqtisadiyyatı 5,8 faiz artarkən, inflyasiya isə 5,1 faiz olaraq qeydə alınıb.
Banco.az xəbər verir ki, sözügedən dövrdə sənaye istehsalı 5,7 faiz, xidmətlər sektoru 12,1 faiz, tikinti sektoru 5,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru 4,1 faiz, yük daşımaları 0,1 faiz, sərnişin daşınması 5,4 faiz, pərakəndə ticarət 5,4 faiz təşkil edib.
Satışlar 7 faiz, ölkə üzrə investisiyaların həcmi isə , 11,8 faiz artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 ayda ümumi xarici ticarətin həcmi 22,1 faiz, ixracın həcmi 23,5 faiz, idxalın həcmi isə 21,2 faiz artıb.
Covid-19 epidemiyasından əvvəl hər il 5-6 faiz böyüyən ölkə iqtisadiyyatı 2020-ci ildə 1,6 faiz, 2021-ci ildə 7 faiz, 2022-ci ildə 5,7 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!