Özbəkistan 11 milyard dollar xarici investisiya cəlb etməyi planlaşdırır | Banco.az

Özbəkistan 11 milyard dollar xarici investisiya cəlb etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Özbəkistanın bu il iqtisadiyyata 11 milyard dollar xarici investisiya cəlb etməsi planlaşdırılır.

Banco.az xəbər verir ki, Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, prezident Şövkət Mirziyoyevin iştirakı ilə investisiya, ixrac və beynəlxalq əməkdaşlıqla bağlı iclas keçirilib.

İclasda çıxış edən Mirziyoyev ilin əvvəlindən ölkəyə 764 milyon dollar xarici investisiyanın gəldiyini və bu çərçivədə 1300 iri və orta investisiya layihəsinin həyata keçirildiyini xatırladıb.

Sözügedən investisiya həcminin kifayət qədər olmadığını və bu məbləğin daha da artırılmasının vacibliyini qeyd edən Mirziyoyev səlahiyyətli şəxslərdən investisiya layihələrinin reallaşdırılması üçün bütün lazımi imkanların yaradılmasını istəyib.

Mirziyoyev 2023-cü ildə ölkəyə ümumilikdə 11 milyard dollar birbaşa xarici investisiyanın nəzərdə tutulduğunu bildirərək bu çərçivədə 3 mindən çox sənaye müəssisəsinin fəaliyyətə başladılmasının gündəmdə olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən il Özbəkistana 8 milyard dollar xarici kapital axını həyata keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et