Öz işini qurmaq istəyənlərin izləməli olduğu 5 film | Banco.az

Öz işini qurmaq istəyənlərin izləməli olduğu 5 film

The Social Network – Sosial şəbəkə

Facebookun yaranma hekayəsindən ilham alınaraq çəkilən Sosial şəbəkə filmini bu siyahıda yerləşdirməmək böyük səhv olardı. Dünyanın ən gənc milyarderlərindən olan Mark Zuckerbergin Harvard yataqxanasında yaratdığı və bu gün 1 milyarddan çox insanın istifadə etdiyi facebookun yaranma hekayəsi bir çox insan üçün motivasiya mənbəyi oldu.

İMDB xalı 7.7

 

The Pursuit of Happyness – Ümidini itirmə!

Yoxsulluq içində böyüyən Chris Gardnerin gerçək hekayəsinin Will Smith tərəfindən canlandırıldığı bu film öz işini qurmaq istəyənlər üçün motivasiya mənbəyi ola bilər. Ən çətin zamanlarda belə ümidi itirməməyin, xəyalların ardından getməyin mümkün olduğunu göstərən bu filmi izləməklə çox şey qazanacaqsınız.

İMDB xalı 7.9

 

Startup.com

İki həvəsli insanın sıfırdan yaratdıqları govworks.com adlı şirkətin hansı çətinliklər yaşadığını göstərən 107 dəqiqəlik sənədli film iş ortaqları arasında yaşana biləcək axsaqlıqlardan tutmuş sərmayə tapmağa qədər olan müddəti göstərir.

Ən sərfəli kredit üçün müraciət et

IMDB xalı: 7.1

 

Thank you for smoking

İş qurmağın ən önəmli mərhələlərindən biri də şübhəsiz ki satışdır. Batmaqla uğurlu olmaq arasındakı o incə xətti satış strategiyası təyin edir. Bu film satılması ən çətin məhsulların belə düzgün taktika ilə necə satılması haqqında çəkilən uğurlu bir filmdir.

IMDB xalı: 7.6

 

E-Dreams

90-cı illərin sonlarında Amerikanın dörd bir yanında dot.com fırtınası əsərkən Koreya əslli Amerikalı iki gənc təşəbbüskar, Cozef Park və Yong Kang investisiya bankçılığı etməklə məşğul olur. Daha sonra kozmo.com adlı e-ticatər saytı yaradırlar. Sayt uğur qazanaraq hər yana yayılır. Bu layihələrinə 250 milyon dollar alan iki dost böyük şirkətlərin marağına səbəb olur.

IMDB xalı :6.8

Mənbə: Bizplus.az