Öz işini qurmaq istəyənlər bu səhvlərə yol verməsin! | Banco.az

Öz işini qurmaq istəyənlər bu səhvlərə yol verməsin!

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən varlı insanlarından biri olan “Berkshire Hathaway” şirkətinin CEO-su məşhur sərmayəçi Uarren Baffetin necə bu qədər uğurlu iş adamı olduğunu bilmək istərdinizmi? Baffetin bu qədər uğurlu olmasının hekayəsi cəsarət vericidir. Çünki o, səhmlərə sərmayə qoyuluşunda uğur qazanmağın dahi olmaqla deyil, davamlı olaraq yaxşı prinsiplərə yönəlməklə mümkün olduğunu vurğulayır. Məşhur iş adamının bu vaxta qədər yol verdiyi səhvlərdən dördü bütün sərmayəçilərə dərs olmalıdır.

Emosiyalarının sərmayə qoymaqla bağlı qərarına təsir etməsinə icazə verdi

1962-ci ildə Uarren Baffetin “BPL” adlı sərmayə tərəfdaşlığı 7.5 dollar qiymətinə  “Berkshire Hathaway” adlı tekstil şirkətindən səhm satın aldı. “Berkshire Hathaway”in əsas səhmdarı və direktoru olan Seabury Stanton “BPL”in “Berkshire Hathaway” səhmlərini 11.5 dollara satın almaq üçün Buffet ilə razılığa gəldi. Ancaq rəsmi təklif hər səhm üzrə 11.375 dollar idi. Baffet bunun dürüst davranış olmadığını düşündüyündən səhmləri satmadı. Bunun əvəzinə daha sonra özünün ağılsız qərar olaraq adlandırdığı həmləsini etdi: Agressiv şəkildə səhmləri satın almağa başladı.

1965-ci ilin aprel ayında artıq “BPL” “Berkshire Hathaway”in 39%-lik səhminə sahib idi və şirkətin nəzarətini ələ keçirmişdi. Nəticə etibarilə məşhur sərmayəçi fabriklərdən qazanc əldə etməyin bir yolunu tapdı.

Müştəri sədaqətini lazimi qədər dəyərləndirə bilmədi

Uarren Baffet 22 yaşında olarkən Omahada (Amerikanın Nebraska ştatının ən böyük şəhəri) dostlarından biri ilə şərikli yanacaq doldurma məntəqəsi satın aldı. Bu yanacaq doldurma məntəqəsi “Texaco” yanacaq doldurma məntəqəsinin düz qarşısında idi və “Texaco” həmişə Baffetin yanacaq doldurma məntəqəsindən daha çox müştəri cəlb edirdi. Çünki Buffetin də dediyi kimi müştəriləri “Texaco” məntəqəsinə sadiq idi. Məşhur biznesmenin bu müddət ərzində öyrəndiyi dərslərdən biri strateji rəqabət mühitinin yaradılmasının əhəmiyyəti idi.

Ən sərfəli kredit üçün müraciət et

Kəmiyyət meyarlarına həddindən artıq inanırdı

Uarren Baffet karyerasının ilk illərində Benjamin Grahamın (Amerikalı sərmayəçi) fikirlərindən çox təsirlənirdi.

Baffet kəmiyyətə daha çox əhəmiyyət verdiyi üçün bəzi böyük sərmayə imkanlarını əldən buraxdı. Lakin, 1960-cı illin ortalarında “Walt Disney” və “American Express”ə qoyduğu sərmayələrin uğurlu olduğu nəzərə alındıqda kəmiyyət meyarına artıq əvvəlki kimi yanaşmadığını görürük. Bundan sonra da keyfiyyət meyarını üstün tutaraq şirkətlərə bu meyarla sərmayə qoymağa başladı.

Məşhur iş adamı zamanla uğurlu sərmayəçi olmağın birdən çox yolu olduğunu öyrəndi.

Zərərləri dayandırmaq üçün gecikdi

Uarren Baffetin yaxın keçmişdə yol verdiyi səhvi Britaniyanın supermarketlər şəbəkəsi olan “Tesco” ilə bağlı oldu. Baffet 2013-cü ildə “Berkshire Hathaway”in səhmlərinin bir qismini razılaşmadığı bəzi idarəetmə qərarları səbəbindən sattığını bildirdi. Lakin, ən böyük hissədar yenə özü idi. 2014-cü ildə yaşadığı mühasibat problemi “Tesco”nun səhmlərinin dəyərini aşağı saldı. Baffet “Tesco” dakı bütün səhmlərini saatdığı zaman “Berkshire Hathaway” vergilərdən sonra 444 milyon dollar zərərə uğramış oldu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et