Unutmağımız lazım olan məlumatları hər nə qədər zehnimizdə saxlamağa çalışsaq da, bizdən asılı olmadan beynimizin arxa hissələrinə atırıq.
Tony Buzan, beyni bütün potensialı ilə istifadə etməyi hədəfləyir. Bunun ən təsirli üsulunun isə Zehin xəritəsi olacağını düşünür:
1. Zehin xəritəsi nədir?
Bu, əsasən, qeyd etmək üsuludur. Yaddaşınızda saxladığınız məlumatları sizin fərqində olmadığınız keçidlər ilə uyğunlaşdıraraq xatırlamağı asanlaşdıran bir qrafik üsuludur.
Eyni zamanda yaradıcılıq sərhədlərinizi aşaraq, kompleks hadisələri yadda saxlamağa kömək edəcək.
2. Necə tətbiq olunur?
Əlimizdəki kağızın yanına bir neçə dənə fərqli rənglərdə qələmlər əlavə edirik. Texnologiyaya marağı olanlar üçün isə müxtəlif proqramlar ilə kompüter, planşet və ya telefon vasitəsilə daxil olmaq mümkündür.
Əsas başlığı tam ortaya yazırıq. Daha sonra əsas mövzuyla tam əlaqəli olan, ən azı iki dənə olmaqla alt mövzuları müəyyən edirik. Əsas başlığın alt başlıqlarını yazdıqdan sonra, alt başlıqlar ilə əlaqəli olan digər mövzuları alt başlıqlardan oxlar çıxardaraq yazmağa başlayırıq. Hər informasiya bir-biri ilə müəyyən şəkildə bağlı ola bilər, fərqli işarələr və ya simvollar əlavə edərək bunları göstərə bilərik.
3. Elmi olaraq faydaları nələrdir?
Yüksək vizual yaddaşa malik insanların ümumi olaraq xatırlama bacarıqları daha yüksəkdir. Bundan yola çıxaraq, bu texniki qavrama və yadda saxlama formasının ən uyğun üsuludur. Bu üsul daha genişdir və məhdudiyyət olmadığı üçün beynin qavrama mexanizmi daha sürətli çalışır.
Qısacası, sağ və sol beyin yarım kürələrinin birlikdə işləmə müddətlərini və inteqrasiyasını əsas götürür. Disney, BBC, Oxford, NASA, Microsoft, Intel kimi tanış olduğumuz adların və siyasətçilərin istifadə etdiyi bir texnikadır.
Güllü Nağıyeva, banco.az