Overdraft nədir? | Banco.az

Overdraft nədir?

Overdraft nədir?

Overdraft xidməti əməkhaqqı plastik kartı sahibləri üçün əlçatandır. Prosedurun mahiyyəti ondan ibarətdir ki, kart sahibi aldığı əməkhaqqıdan, yəni hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bu, yalnız o halda mümkündür ki, overdraft xidməti aktiv edilsin.

Overdraft 12 ay müddətində qüvvədə olur. Daha sonra isə banka və ya kredit təşkilatına müraciət etmək lazımdır ki, xidmətin müddəti uzadılsın. Kreditin limiti orta aylıq əməkhaqqı əsasında müəyyən edilir. Faizlər isə yalnız kreditə götürülmüş (istifadə olunmuş) məbləğə hesablanır. Onların hesablanması gündəlik əsasda həyata keçirilir. Amma faizsiz overdraft növləri də olur, faizsiz dövrün maksimum müddəti 50 gün ola bilər, bu zaman istifadə olunmuş məbləği 50 gün ərzində geri ödəmək lazımdır.  Müddət başa çatdıqda overdraft bərpa edilən xidmət hesab olunur. Ondan dəflərlə istifadə edə bilərsiniz, sadəcə xərclənmiş məbləği vaxtında geri ödəmək tələb olunur.

Borcalanlar iki növdə overdraftdan istifadə edə bilər. Icazəli overdraft öncədən bank ilə razılaşdırılmış limitdə kredit məbləğindən istifadə imkanı verir. Məsələn aylıq əmək haqqınız 500 AZN-dir və 250 AZN kredit limitiniz varsa, hesabınızdan ondan əlavə məbləğ çıxara bilmirsiniz. Amma icazəsiz overdraft xidməti bank tərəfindən aktiv edilibsə, onda 250 manat limitini keçməyiniz də mümkündür. Lakin o zaman krediti mütləq 2 gün ərzində geri ödəməlisiniz, əks təqdirdə sizə böyük faizlər hesablanacaq və ya bank hətta sizin overdraft təqdimatı haqqında müqavilənizi ləğv edə bilər. Overdraft üçün sizə şəxsiyyətinizi təsdiq edən sənəd lazım olacaq. Xidməti isə əməkhaqqınızı aldığınız bankdan aktiv edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bank tərəfindən overdraft haqqında qərar qəbuluna aşağıdakı faktorlar təsir edir: qeydiyyat, əmək stajında fasilələrin olmaması, bank tərəfindən işlədiyiniz müəssisəyə xidmət göstərilməsi, həmçinin borcalanın digər kreditlərinin olub-olmaması.

Overdraft xidməti də adi kredit kimi, xidmətin rəsmiləşdirilməsi və kartla xidmətə görə. Həmçinin kardan pul çıxarılışına görə komisyonlar nəzərdə tutur. Amma, overdraft adi istehlak kreditindən xeyli ucuz və rahatdır, həm də rəsmiləşdirilməsi daha asandır.

Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et