Oturaq iş ölümə daha da yaxınlaşdırır | Banco.az

Oturaq iş ölümə daha da yaxınlaşdırır

İngiltərədəki Sağlamlıq Mərkəzinin apardığı bir araşdırmaya görə, oturaq həyat tərzi bir çox xəstəliklərə, o cümlədən erkən ölümə səbəb ola bilər. 

Tədqiqatçılara görə, günün böyük bir hissəsini oturaraq keçirmək erkən ölümə və xronik xəstəliklərə tutulma riskini artırır. Çox oturan insanlarda ürək -damar xəstəliklərinin rast gəlinmə riski 13%,  xərçəngə yoluxma riski isə 17% təşkil edir. Hərəkətsizlik şəkər xəstəliyi riskini də iki dəfə artırır. Gün ərzində 7 saatdan çox oturanların erkən ölüm riski oturaq vəziyyətdə keçirdikləri hər saat başı 5% artır. Araşdırma zamanı bu risklərin azaldılması üçün lazım olan məsləhətlər də verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bir işçi iş vaxtının ortalama 65%-dən çoxunu oturaraq keçirdiyinə diqqət edən araşdırmaçılar bu vəziyyətin dəyişdirilməsinin vacib olduğunu bildiriblər. Mütəxəssislər işçilərin 8 saatlıq  iş vaxtının 2 saatını ayaqda keçirmələri üçün müdirləri tərəfindən məcbur edilməsini istəyirlər. Bunun üçün ofis şəraitində dəyişikliklərin edilməsi məsləhət görülür. İclasların ayaq üstündə keçirilməsi, ayaqüstü görülə biləcək iş masasının yaradılması kimi fikirlər də tövsiyələr arasındadır. Məlumat üçün bildirək ki, ötən ay ABŞ-da edilən digər bir  araşdırmada isə saatbaşı 2 dəqiqəlik yüyürüşün ölüm riskini 33% azaltdığı öz təsdiqini tapmışdır.

zaman.az