Ötən il Ukraynaya ən çox yardım göndərən ölkələr bəlli olub | Banco.az

Ötən il Ukraynaya ən çox yardım göndərən ölkələr bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

24 yanvar - 20 noyabr 2022-ci il tarixləri arasında Ukraynaya ən çox ianə verən ölkələr bəlli olub.

Banco.az xəbər verir ki, ÜDM-nin 1,1 faizini ianə edən Estoniya faiz nisbətinə görə sözügedən dövrdə Ukraynaya ən çox yardım göstərən ölkə olub.

Gəlin siyahının digər ölkələri ilə tanış olaq.

İtaliya

İtaliyanın Ukraynaya maliyyə yardımı 0,31 milyard avro, humanitar yardımı 0,04 milyard avro, hərbi yardımı isə 0,32 milyard avro təşkil edib. Ümumilikdə, ölkə ÜDM-in 0,04 faizinə təsadüf edən 0,67 milyard avro ianə edib.

İsveç 

İsveçin Ukraynaya maliyyə yardımı 0,15 milyard avro, humanitar yardım 0,11 milyard avro, hərbi yardım isə 0,55 milyard avro təşkil edib. Ümumilikdə, ölkə ÜDM-in 0,15 faizinə bərabər olan 0,81 milyard avro ianə ayırıb.

Hollandiya

Hollandiyanın Ukraynaya maliyyə yardımı 0,35 milyard avro, humanitar yardım 0,21 milyard avro, hərbi yardımı isə 0,29 milyard avro təşkil edib. Ümumilikdə ölkə ÜDM-in 0,09 faizinə uyğun olan 0,85 milyard avro ianə edib.

Norveç

Norveçin Ukraynaya maliyyə yardımı 0,32 milyard avro, humanitar yardım 0,33 milyard avro, hərbi yardım isə 0,56 milyard avro təşkil edib. Ümumilikdə ölkə 1,21 milyard avro ianə edib ki, bu da ÜDM-in 0,34 faizinə bərabərdir.

Fransa

Fransanın Ukraynaya maliyyə yardımı 0,8 milyard avro, humanitar yardım 0,14 milyard avro, hərbi yardım isə 0,47 milyard avro təşkil edib. Ümumilikdə, ölkə ÜDM-in 0,05 faizini təşkil edən 1,41 milyard avro ianə edib.

Polşa

Polşadan Ukraynaya maliyyə yardımı 1 milyard avro, humanitar yardım 0,18 milyard avro və hərbi yardım 1,82 milyard avro təşkil edib. Ümumilikdə, ölkə ÜDM-in 0,5 faizinə bərabər olan 3 milyard avro ianə edib.

Kanada

Kanadanın Ukraynaya maliyyə yardımı 2,14 milyard avro, humanitar yardım 0,29 milyard avro, hərbi yardım isə 1,36 milyard avro təşkil edib. Ümumilikdə, ölkə ÜDM-in 0,23%-nə uyğun olaraq 3,79 milyard avro ianə edib.

Ən sərfəli kredit üçün müraciət et

Almaniya

Almaniyanın Ukraynaya maliyyə yardımı 1,15 milyard avro, humanitar yardım 1,95 milyard avro, hərbi yardım isə 2,35 milyard avro təşkil edib. Ümumilikdə, ölkə 5,45 milyard avro ianə edib ki, bu da onun ÜDM-nin 0,14 faizinə bərabərdir.

İngiltərə

İngiltərənin Ukraynaya maliyyə yardımı 2,56 milyard avro, humanitar yardım 0,4 milyard avro, hərbi yardım isə 4,13 milyard avro təşkil edib. Ümumilikdə, ölkə ÜDM-in 0,26%-nə uyğun olaraq 7,09 milyard avro ianə edib.

ABŞ

ABŞ-ın Ukraynaya maliyyə yardımı 15,05 milyard avro, humanitar yardım 9,9 milyard avro, hərbi yardım isə 22,86 milyard avro təşkil edib. Ümumilikdə, ölkə ÜDM-in 0,23%-nə uyğun olaraq 47,81 milyard avro ianə edib.

Avropa İttifaqı

Avropa Komissiyası və Avropa Şurasının Ukraynaya maliyyə yardımı 30,32 milyard avro, humanitar yardım 1,57 milyard avro, hərbi yardım isə 3,1 milyard avro təşkil edib. Aİ qurumları ümumilikdə 34,99 milyard avro ianə verib.

Estoniya

Estoniyanın Ukraynaya humanitar yardımı 0,01 milyard avro, hərbi yardımı isə 0,33 milyard avro təşkil etdiyi halda, ölkə heç bir maliyyə yardımı göstərməyib. Ölkə tərəfindən edilən ianələrin məbləği ümumilikdə 0,34 milyard avro ilə 35 ölkə arasında 16-cı olub. Buna baxmayaraq, Estoniya ÜDM-in 1,1 faizini ianə edərək faiz dərəcəsinə görə ən yüksək ianə verən ölkədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et