Ötən il Türkiyənin təbii qaz idxalı azalıb | Banco.az

Ötən il Türkiyənin təbii qaz idxalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin təbii qaz idxalı 2022-ci ildə 6,9 faiz azalıb.

Banco.az xəbər verir ki, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) "2022-ci il üzrə Təbii Qaz Bazarı Sektoru Hesabatı"na görə, 2022-ci ildə təbii qaz ixracı 2021-ci illə mqayisədə 51,8 faiz artaraq 581 milyon 430 min kubmetrə çatıb.

Sözügedən dövrdə Türkiyənin ümumi təbii qaz idxalı isə 2021-ci illə mqayisədə 6,9% azalaraq 54 milyard 661 milyon kubmetrə düşüb.

Ötən il təbii qaz idxalının 39 milyard 490 milyon kubmetrini boru qazı, 15 milyard 170 milyon kubmetrini isə mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib.

Müvafiq dövrdə təbii qazın alındığı 20-dən çox ölkə arasında ən çox idxal müvafiq olaraq Rusiya, İran, Azərbaycan, ABŞ və Əlcəzairdən həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et