Ötən il Türkiyə banklarının mənfəəti 366 faiz artıb | Banco.az

Ötən il Türkiyə banklarının mənfəəti 366 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Türkiyə banklarının mənfəəti 366 faiz artıb, gəlirlilik inflyasiyadan aşağı qalıb.

Banco.az xəbər verir ki, 2022-ci ildə Türkiyənin bankçılıq sektorunun mənfəəti bu vaxta qədərki ən yüksək səviyyəyə çatıb.

Bank Tənzimləmə və Nəzarət Təşkilatının (BDDK) məlumatlarına görə, sektorda fəaliyyət göstərən bankların cəmi xalis mənfəəti 2022-ci il ərzində 366 faiz artaraq 433,5 milyard TL-yə çatıb.

Qeyd edək ki, 2021-ci ildə xalis mənfəət məbləği 58,5 milyard TL qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et