Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 491 mln. dollar olub | Banco.az

Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 491 mln. dollar olub

Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 491 milyon ABŞ dolları olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.

Bildirib ki, 2024-cü ildə ölkəyə daxil olan pul baratlarının həcmi 1 mlrd. 83 mln. dollar təşkil edib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (497 milyon ABŞ dolları), Türkiyədən (176 milyon ABŞ dolları), ABŞ-dan (65 milyon ABŞ dolları), Gürcüstan (35 milyon ABŞ dolları) və Böyük Britaniyadan (34 milyon ABŞ dolları) daxil olub.

Ötən il ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (150 milyon ABŞ dolları), ABŞ (60 milyon ABŞ dolları), Rusiya (58 milyon ABŞ dolları), Gürcüstan (45 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (28 milyon ABŞ dolları) qərarlaşıb.

APA