Ötən il sosial sığorta haqları üzrə daxilolmalar 6,4 mlrd. manatı ötüb | Banco.az

Ötən il sosial sığorta haqları üzrə daxilolmalar 6,4 mlrd. manatı ötüb

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, bu mənbədən daxilolmalar 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manata yaxın təşkil edib.

    İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10 faiz artıb və 228,9 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.

    İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilə nisbətən 10,5 faiz artıb və 1,1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 793,4 milyon manatdan artıq təşkil edib.