Ötən il sığorta bazarı 10% artıb | Banco.az

Ötən il sığorta bazarı 10% artıb

2016-cı il ərzində Azərbaycanda sığorta şirkətləri tərəfindən 486 mln. 74 min manat sığorta haqqı toplanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən xəbər görə, bu rəqəm 2015-ci illə müqayisədə 42 mln. 855 min manat və ya 9,68% çoxdur.

Hesabat ilində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi də illik müqayisədə 57 mln. 009 min manat və ya 31,63% artaraq 237 mln. 250,616 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,8 manatı ödəniş edilib. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 40,7 manat olub.

Mənbə: Apa.az