Müəllif:Ayşən İmanova/Banco.az
Ötən il Almaniyada 200 095 əcnəbiyə vətəndaşlıq verilib. Bu, 2000-ci ildən bəri rekord göstəricidir.
Banco.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən il vətəndaşlığa qəbul edilənlərin sayı 2022-ci illə müqayisədə 31 min nəfər və ya 19 faiz artıb.
Bütün yeni vətəndaşlar arasında orta yaş 29,3-dür. Halbuki bütövlükdə Almaniya əhalisi üçün analoji rəqəm 44,6-dir. Yeni vətəndaşlar əsasən kişilərdir. Onlar başlıca olaraq Suriya, Türkiyə, İraq, Rumıniya və Əfqanıstandan olub.
Vətəndaşlığa qəbul edilənlərin ən böyük qrupu suriyalılardır (38%). Əvvəlki illə müqayisədə bu rəqəm 27,1 min nəfər, yəni bir ildə iki dəfədən çox artıb. Türkiyə və İraqın hər birindən isə 10 700 nəfər vətəndaşlığa qəbul edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!