Ötən il ölkələrin qızıl alışını artırma səbəbi nədir? | Banco.az

Ötən il ölkələrin qızıl alışını artırma səbəbi nədir?

Müəllif - Aida İsaq, Banco.az

Ölkələr dolların üzun illəri əhatə edən hökmranlığından yan qaçmaq üçün qızıl alışını artırıblar.

Banco.az xəbər verir ki, 2022-ci ildə dövlətlər tərəfindən qızıl alışının ümumi həcmi 673 tona bərabər olub. “Financial Times”ın məlumatına görə, investorlar adı çəkilən qiymətli metalın sanksiyalardan yayınmaq üçün istifadə olunacağından narahatdır. Qərb və şərq ölkələrinin getdikcə bir-birindən uzaqlaşması fonunda qızılın milli ehtiyatlarda rolu artmağa doğru gedir.

Eyni zamanda digər ekspertlər qızılın dolları, həmçinin müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu Rusiya və Çini əvəz edə biləcəyinə qeyri-müəyyən yanaşırlar. Qızılla ödənişlərin həyata keçirilməsi nisbətən əlçatan olsa da, Rusiyanın beynəlxalq bank sistemindən kənarlaşdırılmasını da unutmaq olmaz.

Məlumata görə qızıl ehtiyatlarının artması Rusiya və Çin tərəfindən gizli şəkildə tətbiq olunan sanksiyalardan yayınma siyasətinin bir qoludur. Bu isə sanksiyaların icrasına nəzarət edən orqanları müntəzəm olaraq çirkli pulların yuyulması ilə tanınan London qızıl bazarına diqqət yetirməyə vadar edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et